Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin ETTELAAT İdarəsi Tohid Əmirəmini işindən çıxartdırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsi tanınmış azərbaycanlı fəal Tohid Əmirəmini işindən çıxartdırıb.

Tohid Əmirəmini həbsdən çıxdıqdan sonra molla rejimin ETTELAAT orqanlarının təklif və təhdidlərindən və işdən çıxartdırılmasından danışıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalı Tohid Əmir Əmini Evin zindanında saxlanılması və həbsdən çıxdıqdan sonra ETTELAAT qurumlarının ona və ailəsinə basqılarından və bir sıra qanunsuz təkliflərindən danışıb.

Azərbaycanlı milli fəal bildirib ki, o, ETTELAAT qüvvələrinin təkliflərini qəbul etmədiyi üçün iş yerindən qovulub.

Tohid Əmir Əmini “İnstagram” hesabında bu barədə yazıb:

“Bunlar bir dəfə mənə təklif etdilər ki, sən hara desən gələrik. Əgər işin olmasa iş, pulun olmasa pul verərik. Bir dəfə də ürək xəstəliyi olan anama və böyük qardaşıma zəng edərək, məni fəaliyyətlərimdən əl çəkdirmələri üçün təzyiq göstərib və bildiriblər ki, hər nə istəsə sizin əlinizlə verək və siz şahid olun, ancaq dayansın və fəaliyyətlərindən əl çəksin”.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …