Bazar , Sentyabr 20 2026
azfa

600-dən çox həkim azərbaycanlı həkimlər Həmid və Fərzanə Qarahəsənliyə qarşı qərara etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 602 həkim birgə bəyanat imzalayaraq Həmid və yoldaşı Fərzanə Qarahəsənliyə qarşı qərara etiraz edərək, onlar barəsindəki işə yenidən baxılmasını tələb ediblər.

Yanvarın 7-də nəşr edilmiş həmin bəyanatda deyilir: “Biz həkim Həmid Qarahəsənli və yoldaşı Fərzanə Qarahəsənli barədə çıxarılmış ağır və ədalətsiz qərarlara etirazımızı bildirir, onlara qarşı ittihamların əsassız olduğunu hesab edirik.

Həmçinin Respublikanın məhkəmə sisteminin yüksək vəzifəlilərindən onlar barədə işin yenidən araşdırılmasını xahiş edir və apellyasiya baxışı sona çatanadək müvəqqəti azad olunmalarını istəyirik”.

Qeyd edək ki, azərbaycanlı həkimlər Həmid və Fərzanə Qarahəsənli 2022-ci ilin sentyabr ayında başlamış irimiqyaslı aksiyalar zamanı öldürülmüş Güney Azərbaycandan olan Hədis Nəcəfinin qırx mərasimində iştiraklarından sonra mənzillərində həbs ediliblər.

Molla rejimi onları bir bəsic terrorçusunun ölümündə iştirak etməkdə günahlandırır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …