Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallar qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Güney Azərbaycan Milli Hərəkatının fəllarından olan Yürüş Mehrəlibəyli və İbrahim Rəşidi təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra ailələri ilə telefon əlaqəsindən və vəkillə görüşdən məhrum ediliblər.

2023-cü il noyabrın 14-də həbs edilən Yürüş Mehrəlibəyli Təbrizin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır.

2023-cü il dekabrın 30-da Xiyavda (Meşkinşəhr) həbs edilən güneyli jurnalist və milli fəal İbrahim Rəşidi isə Ərdəbilin ETTELAAT-ın təcridxanasında saxlanılır.

Həmçinin Azərbaycan Milli Hərəkatının həbsdə olan fəallarına dəstək məqsədilə rep mahnısı ifa etdikdən sonra molla rejimin polis qüvvələri tərəfindən həbs edilən azərbaycanlı repçi Milad Cəlili (İlşən) ailəsinin müraciətlərinə baxmayaraq, Təbrizdə mərkəzi həbsxanasyaa köçürülüb zaminə buraxılması üçün çoxsaylı müraciətlər də cavabsız qalıb.

Hazırda həbs olunan fəallardan əlavə Pərviz Siyabi Gürcan, Mahmud Ocaqlu, Əli Rəzizadə Nadarlı, Əsgər Fərəci, Əli Rzai Havastan, Arəş Cohəri, Armita Pavir, Saleh Mollaabasi və… Azərbaycan milli fəalları Evin, Təbriz, Ərdəbildə həbsdə saxlanılırlar

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …