Çərşənbə , İyun 10 2026
azfa

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirdilər

GADTB: Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Bu ölkədəki Azərbaycan icması Fransanın Evian lö Bən (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır.

Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.

Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.

Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.

Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb.

Onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …