Rafael Qrossi: “İran Atom Enerjisi Agentliyini girov götürüb”

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Davos Dünya İqtisadi Forumunda deyib ki, İran hökuməti agentliklə əməkdaşlığını məhdudlaşdırıb və sözügedən agentliyi Qərb ölkələri ilə mübahisələrinə görə girova çevirib.

O, İranın agentliyin müfəttişlərini milliyyətinə görə rədd etməsini tənqid edərək deyib:

“Bu çox məyusedici bir vəziyyətdir. Biz İranda fəaliyyətlərimizi davam etdiririk, lakin hökumət misli görünməmiş şəkildə əməkdaşlığı məhdudlaşdırıb. İran rəsmiləri Fransa, Böyük Britaniya və ya ABŞ tərəfindən tənqid və təzyiqlərə məruz qaldıqda, siyasi münaqişlərini həll etmək üçün Agentlikdən girov kimi istifadə edirlər. Bu da bizim üçün qəbuledilməzdir”./Azad İran

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …