Çərşənbə , İyun 17 2026
azfa

Molla rejimi Apellyasiya Məhkəməsində azərbaycanlı fəala qarşı qərarı qüvvədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində rejimin Apellyasiya Məhkəməsinin birinci şöbəsi Azərbaycan Milli Hərəkatının fəalı Rza Əsgərianın apellyasiya şikayətini rədd edərək, Sarabdakı rejimin məhkəməsinin qərarını olduğu kimi qüvvədə saxlayıb.

Qeyd edək ki, Sarabdakı rejimin Məhkəməsinin qərarına əsasən, cənab Rza Əsgərian rejim əleyhinə təbliğat fəaliyyəti və rəhbərliyi təhqir etdiyinə görə 5 ay həbs və 7 milyon tümən təzminat ödəməyə məhkum edilib.

Həmçinin yoxlayın

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …