Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Molla rejimin azərbaycanlı milli fəal və repçini girov müqabilində zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda azərbaycanlı milli fəal və sənətçi Elşən ləqəbli Milad Cəlilini iki aylıq həbsdən sonra girov müqabilində Təbriz zindanından zaminə buraxıb.

Azərbaycanlı repçi məhkəmə prosesinin sonuna qədər 300 milyon tümənlik girov qoyaraq Təbriz mərkəzi zindanından azad edilib.

Məhkəmənin ilkin mərhələsində həmin azərbaycanlı sənətçinin ittihamı “insanları iğtişaşlara və müharibəyə sövq etməklə milli təhlükəsizliyə zidd hərəkət etmək və insanları öldürmək” və “Pantürkist qrupların xeyrinə siyasi rep musiqisinin ifası vasitəsilə İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti”dir.

Azərbaycanlı fəalın vəkil müdafiə etdiyi bu işdə azərbaycanlı fəaı partiyalara mənsub olmaq və onların xeyrinə ittiham etmələrinin səhv olduğunu hakimə başa salmışdılar.  

Qeyd edək ki, tanınmış türk rep ifaçısı Milad Cəlili – Elşən noyabrın 27-də molla rejimin azərbaycanlı milli fəalları kütləvi həbs etməsinə etiraz olaraq hazırladığı rep mahnısını ifa edərək “İnstagram” səhifəsində paylaşmışdı. Repçi buna görə, bir gün sonra onun həbs edilmişdi.

Milad Cəlili (İlşən) Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və həbsindən bir neçə həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdür.

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …