Cümə axşamı , İyul 30 2026
azfa

Qaraqışlaq əhalisinin mübarizəsi nəticəsində duz zavodu tikilməsi ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas şəhərinin Qaraqışlaq kəndinin əhalisinin mübarizəsi nəticəsində duz zavodu tikilməsi ləğv edilib.

Azərbaycan ictimai rəyinin geniş dəstəyi ilə müşayiət olunan Qaraqışlaq kəndinin sivil mübarizəsi zavod sahibini geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, 8 yanvar tarixində Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində yerləşən Qaraqışlaq kəndinin sakinləri duz zavodunun yaradılmasına qarşı çıxıblar. Soydaşlarımız bir araya gələrək, etiraz aksiyası keçiriblər. Etiraz zamanı hökumət qüvvələri onlarla soydaşımızı həbs edib.

Kəndlilər hökumətdən və aidiyyəti qurumlardan bu məsələyə baxılmasını tələb ediblər.

Aksiyaya səbəb müəssisənin yaradılmasından sonra kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşmə ehtimalının yüksək olmasıdır.

Əhali ərazidə duz emalı zavodunun açılmasına etiraz edərək deyirdilər ki, bu zavod onların Marağadakı “Kaveh Soda” fabriki kimi əkin sahələrini məhv edəcək.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …