Bazar ertəsi , Noyabr 16 2026
azfa

Molla rejimi Araz çayının çirkləndirildiyini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimi Araz çayının çirkləndirildiyini etiraf etdi.

İranın vitse-prezidenti və Ekologiya Təşkilatının sədri Əli Səlaceqe Araz çayının çirkləndirilməsi ilə bağlı “Shafaqna” saytına deyib: “Araz çayında çirklənmə var, amma bizim Ermənistanla əməkdaşlığımız çox yaxşı səviyyədədir. Artıq bir neçə aydır ki, bu məsələyə nəzarət Ekologiya Təşkilatına həvalə olunub, xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib.

Görüşdə birgə bəyanat və memorandum imzalanıb və Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.

İran rəsmisi habelə bu işə gec başladıqlarını da etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi ilə ikinci görüş ən qısa vaxtda baş tutacaq.

Qeyd edək ki, molla rejimi Ermənistanın Araz çayının çirkləndirilməsinə daim göz yumub.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …