Bazar ertəsi , May 11 2026
azfa

Urmiyada mühacir kürdlərin qalmaqal yaratmasından sonra əhalinin etirazına molla rejimin qüvvələri müdaxilə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiyada mühacir kürdlərin küçələrə axışıb, qalmaqal yaratmasından sonra əhalinin etirazına molla rejimin qüvvələri müdaxilə edib.

Meydanda etiraz aksiyası keçirən əhali terrorçulara dəstək verənlərin millət vəkili təyin edilməsinə kəskin etirazlarını bildirib və hökumət qüvvələrini və onların tərəfdarlarını oradan qovublar.

Qeyd edək ki, İran hökuməti Urmiya şəhəri üzrə iki etnik kürd, bir azərbaycanlı seçildiyini bildirib.

Hökumətin açıqladığı siyahıda etnik kürdlər Hakim Memkan və Şahin Cəhangirinin, habelə azərbaycanlı Seyid Salman Zakirin adları var.

Hətta rejimin Qərbi Azərbaycan vilayətinə təyin etdiyi valinin kürdlərin xeyrinə seçkiləri saxtalaşdırdığı barədə də faktlar üzə çıxıb.

https://www.youtube.com/shorts/TLrGZLtM_OQ

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …