Çərşənbə , İyul 29 2026
azfa

İran XİN: “İranın Zəngəzurla bağlı mövqeyi dəyişməyib –Ermənistanla münasibətlərimiz konstruktivdir”

“İran Diplomacy” saytı xəbər verir ki, #İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün həftəlik mətbuat konfransında İranla #Ermənistan arasında təhlükəsizliklə bağlı razılaşmanın olması və İranın Ermənistanda #hərbi_baza qura biləcəyi ilə bağlı suallara belə cavab verib:

“Belə bir razılaşmadan xəbərim yoxdur. Ancaq İran-Ermənistan münasibətləri #konstruktivdir və bu, bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə verən iki ölkə arasındakı əlaqələr çərçivəsindədir. Bu əlaqələr həm ikitərəfli münasibətləri, həm də regional kollektiv təhlükəsizlik çərçivəsini əhatə edir”.

Məlumata görə, İran XİN sözçüsü Zəngəzur dəhlizi ilə bağlı sualı da cavablandırıb: “İran hökumətinin bu məsələdə mövqeyi dəyişməyib və biz hələ də hər hansı geosiyasi və sərhəd dəyişikliyinə qarşıyıq. Bununla bağlı mövqeyimizi də tərəflərə açıq şəkildə çatdırmışıq”./ Azad İran

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …