Şənbə , Sentyabr 19 2026
azfa

Türkiyəli kosmanavtın mikroyosun təcrübəsindən ilk nəticə əldə edildi

GADTB: Türkiyenin ilk kosmos missiyası zamanı həyata keçirilən təcrübə ilə mikroyosunların zənginləşdirilmiş karbon qazını sıfır cazibə mühitində oksigenə çevirdiyi sübuta yetirilib.

Türkiyenin ilk insanlı kosmos missiyasında həyata keçirilən 13 təcrübədən biri də Boğaziçi Universiteti Ətraf Mühit Elmləri İnstitutunun doktorantı Berat Haznedaroğlunun rəhbərliyi ilə mikroyosun növlərinin karbon qazını tutma qabiliyyətini və oksigen istehsal imkanlarını təyin etmək məqsədi ilə hazırlanan “UzMAn” təcrübəsi olub.

Türkiyenin ilk astronavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyada (BKS) işlədiyi müddətdə həyata keçirdiyi təcrübədən nümunələr araşdırılıb.

Boğaziçi Universitetində başlayan araşdırmalarda, təcrübənin ilk nəticələrində yosunların qapalı məkanlara nisbətən sıfır cazibə mühitində 3-5 qat daha çox karbon qazını oksigenə çevirmə qabiliyyətinə sahib olduğu müəyyən edilib. Bu nəticə kosmosda qapalı mühitlərdə həyatı dəstəkləyən sistemlərin inkişafı və uzunmüddətli kosmik missiyalar zamanı astronavtların ehtiyac duyduğu oksigeni təmin etmək üçün vacibdir.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …