Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçiriləcək

GADTB: Martın 12-də Türkmənistanın paytaxtı Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçiriləcək.

Üzv ölkələrin ağsaqqallarının (məsləhətçilərinin) qatılacağı toplantıda Türkiyeni Şura sədri Binəli Yıldırım təmsil edəcək.

İclasda əvvəlki qərarlar müzakirə olunacaq və üzv dövlətlər arasında əməkdaşlığın artırılması yolları axtarılacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının ağsaqqalları 15-ci dəfə bir araya gəlir.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov qonaqların ən yüksək səviyyədə yerləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Türkmənistanın Ümummilli Lideri və Ağsaqqalı Qurbanqulu Berdiməhəmmədovun ev sahibliyi edəcəyi ağsaqqallara rəsmi iftar süfrəsi veriləcək və Qurani-Kərim oxunacaq.

Şuranın iclasında təşkilatın əsas üzvü Türkiye, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkə Macarıstanın göndərdiyi ağsaqqallar iştirak edəcək.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …