Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail Pakruha  İnqilab Məhkəməsində izahat vermək üçün çağırış vərəqi göndərib.

Çağırış vərəqində bildirişin sistemə yerləşdirildiyi vaxtdan 5 gün müddətində “yalan məlumat yaymaq” ittihamı ilə bağlı izahat vermək üçün adıçəkilən filiala gəlməsi tələb olunur.

Bundan əvvəl Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakrouhun atası Cəbrayıl Pakrouh fars dilində bir videoda özünün, qardaşı və oğlunun vəziyyətini açıqlamışdı.

Həmçinin o, qardaşı və oğlu ilə birlikdə döyülməsi barədə məlumat vermişdi. 

Cəbrayıl Pakruh oğlunun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …