Çərşənbə , İyun 17 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.

Avstraliya Azərbaycan Assosiasiyası prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və  Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentin sədri sayın Sara xanım Azərsun tədbirdə iştirak etmişlər.

Tədbir Avstraliyada Yeni Güney Uelz (NSW) Türk Assosiasiyasının təşkilatçılığı, əyalətin Multikultural baş nazirinin himayəsi, Avstraliya Azərbaycan Assosiasiyası və GADTB-nin iştirakı ilə keçirilmişdir.

Tədbirə Yeni Güney Uelz Multikultural baş nazirinin nümayəndəsi,  Türkiyənin böyük elçiliyi sayın Ufuk Gəzər, baş konsulu Əli Sevim, çoxsaylı millət vəkili, o cümlədən Linda Vulz, Culia Fin və s. iştirak etmişlər. Mərasimə uyğur türkləri də qatılmışlar.

Tədbirdə sayın Mikayil bəy Oyta çıxış etmişdir.

https://www.youtube.com/shorts/-dT1ucVsKyc

Tədbirdən şəkil və videoları təqdim edirik:

https://www.youtube.com/shorts/-dT1ucVsKyc

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …