Şənbə , Sentyabr 12 2026
azfa

Molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur.

İranın Ədliyyə orqanlarının azərbaycanlı milli fəal Səyyad (Ovçu) Məhəmmədianın həbs olunraq Kərəc şəhərindəki Qızılhisar zindanına köçürülməsi ilə bağlı iddiasına baxmayaraq, zindan rəhbərliyi onun naməlum yerə aparıldığını bildirib.

Azərbaycanlı fəalın ailəsi onunla bağlı məlumat almaq üçün iş üzrə müstəntiqə müraciət etsələr də, heç bir nəticə əldə etməyib. Bununla yanaşı, milli fəalın yerini bilmədiyini iddia edən müstəntiq 20 gün onunla görüşə bilməyəcəyini də bildirib.

Müstəntiqin sözlərinə görə, azərbaycanlı milli fəala “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “Güney Azərbaycan Milli Oyanış Hərəkatına qoşulmaq” ittihamları irəli sürülərək, barəsində bir aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, azərbaycanlı fəal Səyyad Məhəmmədian mayın 15-də səhər saatlarında İranın mülki geyimli ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərindəki evinə basqın zamanı həbs edilmişdi.

Eyni zamanda azərbaycanlı fəalın evi molla rejimin ETTELAAT qüvvələri tərəfindən vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunmuşdu.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …