Bazar ertəsi , May 11 2026
azfa

İran zindanlarında anti-sanitar şəraitə görə məhbuslar əziyyət çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə olan siyasi məhbuslardan birinin açıq məktubunun dərci və bu həbsxanada yataq böcəklərinin olması ilə bağlı şikayəti İran həbsxanaları və təcridxanalarındakı sanitar vəziyyətin pis olması növbəti dəfə hüquq müdafiəçilərinin və siyasilərin müzakirə mövzusuna çevrilib.

Evin zindanının 8-ci bölməsində saxlanılan siyasi məhbus məktubunda yazır: “Yataq qurdlarına dözmək işgəncəsi bizim məhkumluğumuzun bir hissəsidir? Bəzi məhbuslar yataq böcəyinin dişləməsi səbəbindən gecələr yata bilmir və yuxu dərmanı istifadə etmək məcburiyyətində qalırlar”.

Məktubun yayılmasından sonra İranın Ədliyyə-Məhkəmə Sisteminə bağlı media qurumu Evin zindanında böcəklərin olmasını inkar edib. Halbuki, bir çox güneyli siyasi məhbus həbs müddətində bu işgəncəyə dəfələrlə etiraz edib.

Həbs müddətini Ərdəbil zindanında keçirmiş keçmiş siyasi məhbus Abbas Ləsəninin məlumat səhifəsi ilə söhbətində bu həbsxanada yataq böcəklərinin olduğunu təsdiqləyib və Ərdəbil zindanında yataq böcəklərinin olması səbəbindən məhbusların çəkdiyi işgəncələri izah edib. O, deyib: “Bərbad vəziyyətdə olan Ərdəbil zindanında o qədər yataq böcəyi var ki, bəzən Ərdəbilin fərdi təcridxanasını daşımaq bu şəhərin həbsxanasından daha asandır.”

Həmin keçmiş siyasi məhbusun qeyd etdiyi yataq böcəklərinin mövcudluğunun zərərlərini və məhbusların məruz qaldıqları zorakılıqları açıq şəkildə ortaya qoyur. Qeyd edək ki, belə böcəklərin həbsxanalarda sanitar şəraitin olmaması, məhbuslar üçün yorğan, çarpayı və s. olmaması, həbsxanaların tutumu ilə müqayisədə məhbusların sayının çox olması, İran həbsxanalarının bir hissəsinin köhnəlməsi və s. ucbatından yaranır. Bu onu göstərir ki, İslam Respublikası hakimiyyəti məhbuslar üçün sağlam şəraitinin yaradılmasına biganədir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …