Cümə axşamı , Aprel 30 2026
azfa

Həbsdə olan azərbaycanlı fəalların bəyanatı: “İnsan ölüm vaxtını bilmir, amma ölüm anında əl-ayağı çırpınır!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz zindanında həbsdə olan azərbaycanlı milli fəallar Güney Azərbaycanın siyasi məhbuslarının Evin həbsxanasında təkadamlıq kameraya köçürülməsi ilə bağlı bəyanatı yayıblar:

“İnsan ölüm vaxtını bilmir, amma ölüm anında əl-ayağı çırpınır! Bir neçə gün öncə Evin həbsxanasında güneyli vətəndaş cəmiyyəti fəallarının aclıq aksiyası keçirməsi barədə eşitdik. Biz bəyanatda onlarla həmrəylik elan edib və zindan rəhbərliyindən onların problemlərini həll etməsini istədik. Ancaq bu gün məlum oldu ki, fəllar gözlənilməz əməliyyat zamanı Evin zindanında təkadamlıq kameraya köçürülüblər. Biz, Təbriz mərkəzi həbsxanasındakı Güney Azərbaycanın siyasi mübarizləri, onların məhkəmənin açıq keçirilməsini tələb edirik, onlara qarşı irəli sürülən ittihamlara şəffaf və açıq şəkildə baxılması üçün xəbərdarlıq edirik. Kərim İsmayılzadə; Salar Tahirəfşar; Milad Cəlili (Elşən)”.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …