Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal məzuniyyətə buraxıldı

GADTB: Güney Azərbaycanın Əhər şəhər zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli fəal İsmayıl Əhmədi Qurban bayramı münasibətilə məzuniyyətə buraxılıb.

Qeyd edək ki, İsmail Əhmədi Bəkrabad aprelin 21-də 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına yollanmışdı.

İsmayıl Əhmədinin ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edildiyi bildirilir.

Bundan əvvəl Süngün Mis Mədənindəişləyən azərbaycanlı işçilər əmək haqlarının azlığına, əmək haqlarının uzun müddət ödənilmədiyinə görə dəfələrlə etiraz aksiyası keçirib, işi dayandırmışdılar. Etirazlara qatılan onlarla işçi işdən qovulub və ya bir neçəsi saxta ittihamlarla həbs edilmişdi.

Həmçinin yoxlayın

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …