Cümə axşamı , Oktyabr 15 2026
azfa

Human Rights Watch təşkilatı Çin hökumətinin Şərqi türküstanda 630 kəndin adını dəyişdirdiyini açıqlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Human Rights Watch-ın (HRW) hesabatında Çin hökumətinin Sincan Muxtar Bölgəsindəki (Şərqi Türküstan) 630 kəndin adını bu ərazilərin sakinlərini mədəni kimliklərindən uzaqlaşdıracaq şəkildə dəyişdirdiyini açıqlayıb. Məlumata görə, Çin hökuməti bu addımı İslam dini və ya uyğurların mədəniyyət və tarixi ilə bağlı atributları aradan qaldırmaq məqsədi ilə atıb.

Bu hesabatda 2009-2023-cü illər arasında Çin Milli Statistika Bürosu tərəfindən qeydə alınan Sincan Muxtar Bölgəsindəki (Şərqi Türküstan) 25 min kəndin adı dəyişdirilib. Buna uyğun olaraq uyğur mədəniyyətində simli alət mənasını verən “dotar” və “məqbərə” mənasını verən “məzar” kimi kənd adlarının yerinə, Çin Kommunist Partiyasının sənədlərində geniş şəkildə işlənən adlar verilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …