Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı milli fəal Tahir Nəqəvi yenidən həbsxananın tibb mərkəzinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Tahir Nəqəvi yenidən həbsxananın tibb mərkəzinə köçürülüb

Bu haqda azərbaycanlı vəkil Sina Yusifi məlumat verib.

Qeyd edək ki, Tahir Nəqəvi 5 aydır ki, dinc siyasi fəaliyyətinə görə Tehranda Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, ETTELAAT əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdılar. Ayaz Seyfxah da onlara qoşularaq aclıq aksiyasına başlamışdı.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb etmişdilər.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …