Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin edam etmək istədiyi azərbaycanlı alimin xanımı İsveç XİN rəhbəri ilə görüşdən sonra: “Çox məyusam”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin edam etmək istədiyi azərbaycanlı alim Əhmədrza Cəlalinin xanımı İsveç XİN rəhbəri ilə görüşüb.

Əhmədrza Cəlalinin xanımı Vida Mehrannia qızı ilə birlikdə dünən ərinin azadlığa buraxılmasına razı salmaq üçün İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşdən sonra məyusluğunu ifadə edib.

Vida Mehrannia görüşdən sonra deyib: “Onlar mənə dedilər ki, bu məsələnin üzərində işləyirlər, ancaq heç nə dəqiqləşdirməyiblər. Mən çox məyus oldum”.

İsveçin XİN başçısı isə azərbaycanlı alimin xanımı ilə görüşün ardınca bildirib: “Mən cənab Cəlalinin ailəsinin məyus olmasına dərindən kədərlənirəm. Ancaq bu görüşdə nələrin müzakirə edildiyi barədə detallara varmaq istəmirəm”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …