Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbsdə saxladığı azərbaycanlı həkim Əhmədrza Cəlali aclıq aksiyasına son qoyulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda edam cəzasına məhkum edilmiş Sərabdan olan Azərbaycan əsilli ikili vətəndaşlığı olan məhbus Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrannia X sosial şəbəkəsində paylaşım edib və azərbaycanlı məhbusun onadan aclıq aksiyasına son qoymaq barədə xahişlərə cavab olaraq aclıq aksiyasına son qoyduğunu yazıb.

Vida Mehrannia cümə axşamı, iyulun 4-də həmin paylaşımda yazıb: “Əhmədrza 8 gündən sonra bu gün aclıq aksiyasını dayandırmağa razılaşdı, lakin səsinin eşidilməsini istəyir”.

O, həmçinin qeyd edib: “Əhmədrza daha əvvəl iki aclıq aksiyasına görə bədəninin bu aclıq aksiyasına daha dözə bilməyəcəyini bilir, lakin bu vəziyyətdən çox yorulub və səsini dünyaya eşitdirmək istəyir”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …