Cümə , Oktyabr 16 2026
azfa

İranda internet məhdudiyyətləri Çindən daha pisdir

GADTB: Tehran Elektron Ticarət Assosiasiyası dünənki hesabatında bildirib ki, İranda internetə qoyulan məhdudiyyətlər Çindən daha pis vəziyyətdədir.

Assosiasiyanın saytında paylaşılan hesabata görə, İran və Çin dünyada internet məhdudiyyətlərinə görə 100 ölkə arasında ən son yerləri bölüşür.

Bildirilib ki, Çin internetin sürətinə görə 100 ölkə arasında 61-ci yerdə, kəsilməyə görə isə 87-ci sıradadır. İran isə internet sürətinə görə 97-ci, internetin kəsilməsi üzrə isə 90-cı yerdədir.

Assosiasiya aşağı internet sürətinin elektron ticarətə dağıdıcı təsirinə toxunaraq, prezidentliyə namizədlərdən bu məsələ ilə bağlı fikirlərini açıq şəkildə bildirmələrini və bu problemə son qoymalarını istəyib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …