Şənbə , Noyabr 14 2026
azfa

Urmiya Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini xüsusi alqışladı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Universitetinin öyrənciləri Türkiyə komandasının qələbəsini xüsusi alqışladılar.  2019-cu il aprelin 28-də futzal üzrə “Urmiya Universitetinin Beynəlxalq Turniri” çərçivəsində keçirilən yarışda Türkiyə komandası 4:2 hesabı ilə qalib gəlib. Ərzurum Atatürk Universiteti komandasının İraqın kürd bölgəsində yerləşən Səlahəddin Universitetinin komandasını məğlub etməsi azərbaycanlı öyrəncilərin böyük sevincinə səbəb olub.

Oyub boyu türk öyrəncilərini dəstəkləyən azərbaycanlı öyrəncilər Atatürk Universitetinin komandası qalib gəldikdən sonra meydana daxil olub, şənlik etdilər. Əllərində Traxtur komandasının bayrağını qaldıran öyrəncilər gur səslə “Yaşa Türkiyə” şüarı səsləndiriblər.

Qeyd edək ki, “Urmiya Universitetinin Beynəlxalq Turniri” Türkiyə, Lübnan, İraq, Şərqi və Qərbi Azərbaycan əyalətləri komandalarının iştirakı ilə keçirilib.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …

Bir cavab yazın