Aərbaycanlı fəal Əfşar Muhibbin vəsiqə qarşılığında zaminə buraxılmasına mane oldular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli-mədəni fəal Əfşar Muhibbin ailəsi rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə meüraciət edərək azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilən 50 milyon tümənlik vəsiqəni təqdim ediblər. Lakin rejimin məhkəmə rəsmilər buna qarşı çıxıblar. Xüsusilə həmin şöbənin rəisi Hatif Qasımzadə onlarla vəhşicəsinə davranıb.

Qeyd edək ki, azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı milli fəal həmçinin bildirmişdi ki, rejimin Ərdəbildəki zindanının karantin bölməsinə salınıb və zaminə buraxılması üçün 50 milyon tümənlik girov qərarı çıxarılıb.

Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.

Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.

Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …