Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanda tapılan qədim türk damğaları

GADTB: Azərbaycan ərazisində mövcud olan tayfa Damğalarının ciddi şəkildə araşdırılmağına ehtiyac var!

Damğalar mövzusu prioritet mövzulardan biri olmalıdır, ona görə ki, sabah artıq gec ola bilər və sözün əsl mənasında, tariximizin böyük və önəmli bir hissəsini itirmiş olarıq. Düzdü damğalar haqqında ümumi şəkildə bəzi əsərlər yazılıb və hər dəfəsində “Yazılı təpə” ərazisində tapılan qayaüstü rəsmlərdən başqa mövcud olan heç bir damğa haqqında bəhs edilmir.

Niyə? Ona görə ki, üzərində Damğalar olan müxtəlif karvansaray, türbə və məzarlıqlar haqqında məlumat yoxdur və yaxud sözügedən məsələni ciddiyə alan yoxdur.

Lakin böyük yanlışlığa yol verilir.

Belə ki, məşhur alman alimi, riyazıyyatçı, coğrafiyaşünas və diplomatı Adam Oleari 1636-cı ildə Azərbaycana səyahət edərkən Barmaq dağının yanında yerləşən Karvansarayın üzərində diqqətini çəkən bir neçə Damğanı səhvən özündə runik yazısı kimi qeyd edir. 1722-ci ildə isə Qafqaz Damğaları mövzusu ilə əsaslı şəkildə D. Kantemir məşqul olur və rəsmə aldığı Damğalardan ikisi (Dərbənd Qalasının Qiyamət qapısı yaxınlığındakı qala divarının üzərindən rəsmə aldığı) haqqında şərh yazmışdı ki : “Açıq-aydın Tatar Damğalarıdır”.

Yani mənbələrdə də göründüyü kimi, hər iki alim Damğa faktı ilə Azərbaycan ərazisində rastlaşıb, demək ki, Karvansaray, Türbə və s. binaların üzərində tayfalar öz damğalarını təsvir etmə ənənəsini yaşadırmış. Və ən maraqlısı odur ki, Azərbaycan ərazisində aşkar olunan Damğalar Krım və Şimali Qafqaz ərazisində tapılan və “Qədim Xəzər Damğaları” kimi tanınan simvollarla eynilik təşkil edir. Bir sözlə əcdadlarımız bu torpaqların qədim sakini olduqlarının DAMĞASINI vurublar, sözün əsl mənasında!!!

Qeyd: Müqaisə üçün Krım və Şimali Qafqazda aşkar olunan Damğa nümunələri də əlavə olunur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …