Bazar , Oktyabr 11 2026
azfa

Abbas Lisani və Yusif Kari ümumi bölməyə köçürüldükdən sonra aclıq aksiyasını dayandırıblar

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari ailələri və yaxınları ilə əlaqə saxlayaraq bildiriblər ki, ümumi bölməyə köçürüldükdən və irəli sürdükləri tələblər yerinə yetirildikdən sonra aclıq aksiyasına son veriblər.

Məlumata görə, aclıq aksiyası başladıqdan sonra həbsxana rəhbərliyi hər iki fəalın Evin həbsxanasının 7-ci korpusunun 6-cı zalına köçürülməsi ilə razılaşıb. Bununla da onlar təxminən yeddi ay təkadamlıq kamera və karantin şəraitində saxlanıldıqdan sonra ümumi bölməyə keçirilib.

Fəallar bildiriblər ki, onlara qarşı təzyiqlər və yeni məhdudiyyətlər davam edəcəyi təqdirdə, yenidən aclıq aksiyasına başlayacaqlar.

Abbas Lisani və Yusif Kari bundan əvvəl də məhkəmə iclaslarında iştirakdan imtina edərək, “qapalı keçirilən və ədalətli məhkəmə araşdırması meyarlarına cavab verməyən” məhkəmələrdə iştirak etməyəcəklərini açıqlamışdılar.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …