Cümə , Aprel 19 2024
azfa

Abbas Lisani zindanda aksiya keçirdi: Görüş qadağası ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, II Qarabağ savaşı ilə əlaqədar rejimin tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı tətbiq etdiyi qadağaların bir hissəsi onun noyabrın 20-də saxlandığı Ərdəbil zindanının 7- ci bölməsində oturaq aksiya keçirməsindən sonra ləğv edilib.

Siyasi məhbus bölmənin gözətçisinin otağında 5 saat oturaraq, özünə qarşı qəbul edilmiş son məhdudiyyətlərə etiraz edib və zindanın məsulların bununla bağlı cavab verməsini istəyib.

7-ci bölmənin məsulları sonda Abbas Lisaniyə telefon danışığının qeyri-müəyyən vaxta qədər qadağan edilməsi ilə bağlı Ərdəbil prokuroru Abdulla Təbətəbainin imzası olan sənədi göstəriblər.

Məsullar, həmçinin tanınmış fəala bildiriblər ki, onun görüş hüququndan məhrum edilməsi ilə bağlı qadağa ləğv edilib və bundan sonra ailəsi onunla görüşmək üçün həftənin 2-ci günləri zindana gələ bilərlər.

Zindan məsullarından biri Abbas Lisaniyə deyib ki, rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin rəisi, Ədliyyə İdarəsinin rəisi Nasir Ətibbatinin və prokuror Abdulla Təbətəbainin göstərişinin ona qarşı qadağalar qəbul edilib və zindan rəsmiləri göstərişləri icra etməyə məcburdurlar.

Qeyd edək ki, rejim Abbas Lisanini noyabrın 13-dən etibarən yaxınları ilə görüş və telefon danışığı hüququndan məhrum edib.

Son 2 ay ərzində bu azərbaycanlı fəala qarşı qəbul edilən 2-ci belə qadağadır. Bundan öncə isə Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların ilk günlərində də Abbas bəy yaxınları ilə görüşmək və telefonla danışmaq hüququndan məhrum edilmişdi.

Bu məsələ onu göstərir ki, İran hökumətinin məhkəmə və təhlükəsizlik sistemi Abbas Lisaninin Qarabağla bağlı mesajlar verəcəyinin Azərbaycan cəmiyyətinə təsir qoyacağından nigəran olduğu bildirilir.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın