Cümə , Aprel 19 2024
azfa

Abbas Lisaninin zindanda ağır vəziyyətil ilə bağlı BMT-yə şikayət məktubu göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK Ərdəbil zindanındakı koronovirusa yoluxdurulduğu və həyatının təhlükədə olması ilə BMT-nin insan haqları cəmiyyətlərinə şikayət məktubu göndərib.

ƏRK insan haqları cəmiyyətlərinə göndərdiyi şikayət məktubunda Ərdəbil zindanında korono böhranından, Abbas Lisaninin acınacaqlı sağlıq durumundan, İran hökumətinin tanınmış azərbaycanlı fəalla qarşı ədalətsizliyindən və müalicəsinə şərayit yaratmamasından narahatlığını bildirib.

Məktubda  Abbas Lisaninin durumu, onun və başqa azərbaycanlı fəalların coronovirusa yoluxması və Ərdəbil zindanının ağır şərayitindən danışılıb.

Qeyd edək ki, Ərdəbil zindanında Abbas Lisani və başqa azərbaycanlı siyasi məhbuslar koronavirusayoluxub və həyatları təhlükədədir. Rejim isə onların müalicəsinə mane olur.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın