Şənbə , Sentyabr 19 2026
azfa

Türkiyə “Eurofighter” qırıcılarınını alışı barədə İngiltərə ilə hərbi sazişi imzaladı

GADTB: Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə ilə Böyük Britaniya arasında Eurofighter döyüş təyyarələrinin alınması ilə bağlı Anlaşma Memorandumu imzalandığını açıqlayıb.

Türkiyə Milli Müdafiə naziri Gülər Böyük Britaniyanın müdafiə naziri Healey ilə Türkiyənin Eurofighter Typhoon istifadəçisi kimi qəbul edilməsi ilə bağlı genişmiqyaslı anlaşma memorandumu imzalayıb.

Milli Müdafiə Nazirliyindən aşağıdakı açıqlamalar verilib:

“İki ölkə Eurofighter Typhoon ixracatında əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir. Türkiyənin Typhoon istifadəçisi kimi qəbul edilməsi NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq bağlarını daha da gücləndirəcək və Türkiyənin qabaqcıl döyüş hava imkanlarının artırılması istiqamətində mühüm addım olacaq.

Bu inkişaf Böyük Britaniya-Türkiyə tərəfdaşlığında yeni bir dövrün başlanğıcını qeyd edəcək, potensial əməkdaşlığı gücləndirəcək və dünyanın aparıcı avadanlıqlarının qarşılıqlı alınması yolu ilə iki ölkənin müdafiə sənayesini dəstəkləyəcək”.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …