Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ Bank sahəsində İrana yardım etdiklərinə görə 17 şəxsə və 18 şirkətə sanksiya tətbiq etdi

GADTB: ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, ABŞ məhdudlaşdırıcı tədbirləri aşaraq İran vəsaitlərinin dövriyyəsini asanlaşdıran 17 şəxsə və 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunur ki, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər İran hərbi rəhbərliyinə “qanunsuz neft satışından və raketlər və digər silahlar üçün həssas komponentlərin əldə edilməsindən vəsait əldə etmək üçün beynəlxalq maliyyə sisteminə çıxış” təmin edir.

ABŞ Maliyyə Naziri Bessent “qlobal ticarəti pozmaq” üçün istifadə edilən “İranın kölgə bank sistemi”nin mövcudluğunu açıqlayıb.

 O, “bu sistemi asanlaşdıran və ya iştirak edən hər hansı bir qurumun ciddi nəticələrə məruz qalacağını” bildirib. Sanksiyalar siyahısına İran, Honkonq və Böyük Britaniyada yerləşən şirkətlər daxildir.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …