Çərşənbə , Noyabr 18 2026
azfa

“Wall Street Journal”: Tramp İranın uzunmüddətli mühasirəsi üçün plan hazırlanmasını tapşırıb

GADTB: The Wall Street Journal nəşri ABŞ rəsmilərinə istinadən yazıb ki, prezident Donald Trump komandaya İran İslam Respublikasına qarşı uzunmüddətli mühasirə strategiyası hazırlamağı tapşırıb.

Məlumata görə, Tramp son iclaslarda belə qənaətə gəlib ki, İran limanlarına gedən gəmi hərəkətini məhdudlaşdırmaqla ölkə iqtisadiyyatına, xüsusilə də neft ixracına təzyiqi davam etdirmək mümkündür.

Hesabatda həmçinin qeyd olunur ki, o, digər variantları – o cümlədən hərbi əməliyyatların yenidən başlanması və ya gərginliyin azaldılması – mövcud mühasirə siyasəti ilə müqayisədə daha riskli hesab edir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …