Şənbə , Noyabr 14 2026
azfa

ABŞ-dan İrana hücum xəbərdarlığı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Əl-Məyadin” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın danışıqlar tələbini İranın rədd etməsinə Ağ Ev cavab verib.

Ağ Ev İranın danışıqlara qarşı çıxmasına Qətər üzərindən xəbərdarlıq göndərərək bildirib: “İranı hərbi yolla cəzalandırmaq olar”.

Tramp isə deyib ki, “İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması üçün vaxt daralır”.

“İranla bağlı iki yanaşma var: hərbi və sövdələşmə. Mən sövdələşməyə üstünlük verərdim… Biz hərbi qələbə qədər yaxşı bir müqavilə bağlaya bilərik. Ancaq bunun vaxtı artıq yaxınlaşır. Bu və ya digər şəkildə nəsə baş verməlidir”, – deyə o, Fox News-a müsahibəsində  belə deyib.

Eyni zamanda, İranın BMT-dəki missiyası bildirib ki, Tehran öz nüvə proqramı üzrə danışıqlara baxmağa icazə verir, əgər müzakirələrin məqsədi yalnız proqramın mümkün hərbiləşdirilməsi məsələsi güman edilirsə. İran hakimiyyəti isə heç vaxt nüvə proqramının tam ləğvini müzakirə etməyəcək.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …