Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə Tibb mərkəzlərinin işçiləri 1etiraz aksiyası keçirir

Təbrizin Tibb Elmləri Universitetinə bağlı xəstəxanalar, klinikalar və təlim mərkəzlərinin işçiləri etiraz aksiyası keçiriblər.

Təbriz Tibb Universitetinin rəhbəri Hüseyn Abdullahi məlumat verərək, bir sıra mərkəzlərdə gecikmiş 10 aylıq ödənişlərin müəyyən hissəsinin ödənildiyini və 6 ayın ödənişlərinin qaldığını bildirib.

O, işçilərin hüquqlarının pozulmasına və 10 aydır əmək haqlarının ödənilməməsinə görə aksiyaya əl atdıqlarını deyib.

Məlumata görə, ən geniş aksiya Təbrizin İmam Rza xəstəxanasında olub. Xəstəxana işçilərinin işi dayandırması problemlər yaradıb, xəstə yaxınları ilə xəstəxana rəhbərliyi arasında qarşıdurmalar yaranıb.

Təbrizin Tibb Elmləri Universitetinin rektoru Əhmədrza Cövdət etirazçı işçiləri günahlandırıb, onların barəsində ölçü götürülməsini istəyib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …