Bazar , Oktyabr 25 2026
azfa

ABŞ-dan Türkiyəyə NATO hədəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə S-400 sistemlərinin satın alınması prosesini tamamlayarsa, bu, onun F-35 proqramından çıxarılma riskini artırar. Belə olan halda, Türkiyənin yalnız müdafiə gücü zəifləməz, eyni zamanda proqramla əlaqəli Türkiyənin tədarükçü şirkətlərinə də zərər dəymiş olar.

Bu sözləri ABŞ vitse-prezidenti Mayk Pens Vaşinqtonda təşkil edilən “NATO birləşdirir: İttifaq 70 yaşında” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyənin Rusiyadan 2,5 milyard dəyərində S-400 alması NATO-ya qarşı böyük təhlükə təşkil edir:

“ABŞ “Patriot” sistemləri təklif etməsinə baxmayaraq, Türkiyənin S-400 israrı bizləri olduqca narahat edir. Türkiyə seçim etməlidir. O, tarixin ən uğurlu hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyir, yoxsa düşünülməmiş qərarlarla əməkdaşlığa təhlükə yaratmağa çalışır?”

Pensdən öncə konfrasda çıxış edən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə S-400-lərin NATO-ya və ABŞ sistemlərinə təhlükə yaratmadığını deyib. O, ölkəsinin müstəqil seçim etməkdə çətinlik çəkməyəcəyini və bu addımından geri dönməyəcəyini bəyan edib.

Pensin açıqlamasına Türkiyə Prezidentinin müşaviri Fuad Oqtay da Tvitter mikrobloqunda cavab verib.

“ABŞ Türkiyənin dostu olmaq istəyir, yoxsa onun düşmənləri – terrorçularla əməkdaşlıq edərək bu dostluğu riskə atmağı düşünür?” – deyə F.Oqtay qeyd edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison Türkiyəni “Rusiyanın S-400 sistemlərinin alınmasından imtina etdiyi təqdirdə” NATO üzvü kimi görmək istədiyini bildirmişdi.

 

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın