Cümə , Aprel 17 2026
azfa

ABŞ-ın bazalarına hücum edən İran terrorçularının bazaları darmadağın edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İraqda hərbi bazasına İrana bağlı terrorçuların hücumundan sonra ABŞ hərbi təyyarələri bir neçə İran bazasını darmadağın etdi.

ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının döyüş qırıcıları Suriyada İranın terrorçu Sepah qüvvələrinin 3 hərbi obyektini vurub.

Koalisiya qüvvələrinin döyüş təyyarələri Bukamal bölgəsində yerləşən İmam Əli hərbi hava bazası, Sənayi və Hizamdakı hərbi nöqtələrini hədəf alıb.

Hücumlarda İran ordusunun xeyli hərbi texnika və 18 canlı qüvvə itirdiyi bildirilib.

Qeyd edək ki, anti-İŞİD koalisiyasının sözçüsü Milz Kaggins koalisiyanın İraqdakı Taci düşərgəsinin raketlə vurulduğunu açıqlamışdı. ABŞ mediası hücumda 2 Amerika, 1 ingilis hərbçisinin həlak olduğunu yazmış, baş verənlərə görə İran ittiham edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın