Cümə axşamı , İyul 16 2026
azfa

ABŞ-ın Molla rejimin dondurulmuş 24 milyard dollarlıq vəsaitini azad edə biləcəyi iddia olunur

GADTB: Tasnim X’b’r Agentliyi öz mənbələrinə istinadən iddia edib ki, İran və ABŞ arasında mümkün 14 maddəlik anlaşma çərçivəsində İranın dondurulmuş 24 milyard dollarlıq maliyyə vəsaitinin mərhələli şəkildə azad olunması nəzərdə tutulur.

SEPAH-a yaxın media qurumu “danışıqlar heyətinə yaxın məlumatlı mənbə”yə istinadla bildirib ki, Tehran danışıqların başlanğıcı ilə eyni vaxtda həmin məbləğin yarısının — yəni 12 milyard dolların — sərbəst buraxılmasını tələb edib. Qalan hissənin isə 60 günlük müddət ərzində köçürülməsi planlaşdırılır.

Məlumatda həmçinin qeyd olunur ki, Abbas Əraqçi və Məhəmmədbaqir Qalibafın Qətərə son səfəri bu prosesin icrası və maliyyə vəsaitinin ilk hissəsinə çıxış imkanlarının müzakirəsi məqsədi daşıyıb.

Eyni zamanda, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdistani iddia edib ki, İranın bloklanmış 12 milyard dollarlıq vəsaitinin Rusiya vasitəsilə köçürülməsi planlaşdırılıb, lakin ABŞ buna qarşı çıxıb.

Xəbərdə vurğulanır ki, indiyədək heç bir rəsmi ABŞ qurumu bu məlumatları təsdiqləməyib və səsləndirilən iddialar hazırda yalnız media məlumatları səviyyəsində qalır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …