Çərşənbə , Oktyabr 14 2026
azfa

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street Journal” qəzetinin redaksiya heyəti dərc etdiyi tənqidi məqalədə ABŞ prezidenti Donald Trampın İran siyasətini müzakirə edib.

Məqalədə qeyd olunur ki, Vaşinqton nüvə razılaşması imzalanmadan əvvəl Tehrana güzəştlər edir və bunun ABŞ maraqlarına zərər verə biləcəyi vurğulanır.

Redaksiya heyəti yazır ki, ABŞ ictimaiyyətində əsas suallardan biri “Budurmu?” şəklində səslənir və 38 günlük müharibədən sonra əldə olunan nəticələrin kifayət edib-etmədiyi müzakirə olunur.

Məqalədə bildirilir ki, 47 günlük atəşkəs strateji geriləmə riski yarada bilər. Eyni zamanda, zəif və ya uğursuz bir razılaşma, enerji qiymətlərinin azalmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə Donald Trampın siyasi mövqeyinə zərbə vura bilər.

Redaksiya yazısında vurğulanır ki, İran hakimiyyəti müharibəyə siyasi və iqtisadi problemlər fonunda daxil olub və müharibə bu çətinlikləri daha da artırıb.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …