ABŞ-ın Oklahoma ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin AZERTAC-a istinadə yaydığı məlumata görə, ABŞ-ın Oklahoma ştatının qubernatoru Meri Follin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bildirilir. Öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, onun 1920-ci ildə Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci ilin oktyabrında yenidən dövlət müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Cümhuriyyət dövründə Azərbaycanın qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra işlər gördüyü və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verildiyi qeyd olunur. Azərbaycanın 1992-ci ilin martında Birləşmiş Millətlər Təşkilatına üzv olduğu, 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququ qazandığı vurğulanır.

Sənəddə 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycanın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsinin iqtisadi, enerji və kənd təsərrüfatı sahələrində tərəfdaşı olduğu bildirilir.

2018-ci ildə Azərbaycan və Oklahoma ştatı arasında Dövlət Tərəfdaşlıq Proqramının 15-ci ildönümünün, eləcə də Milli Mühafizə üzrə Dövlət Tərəfdaşlıq Proqramının 25-ci ildönümünün qeyd edildiyi diqqətə çatdırılır.

Sonda qubernator Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Oklahoma ştatında Azərbaycan Milli Günü elan edir.

Qeyd edək ki, bəyannamə Vaşinqtonda Cümhuriyyətin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın