Bazar , Sentyabr 27 2026
azfa

ABŞ-ın sanksiyası qarşısında iqtisadiyyatı çökmüş irqçi fars rejim ABŞ-ı hücumla hədələyir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın sanksiyası qarşısında iqtisadiyyatı çökmüş irqçi fars rejim ABŞ-ı hücumla hədələyir. Rejimin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib ki, İran öz milli maraqlarının müdafiəsi üçün özünün müdafiə strategiyasını hücumla əvəzləyəcək.

Onun sözlərinə görə, İran təhlükə qarşısında sakit durmayacaq.

O, həmçinin Tehranın öz hegemoniyasını digər ölkələrə yaymağa və ərazi iddiaları səsləndirməyə cəhd etməyəcəyini iddia edib:

“İran hansısa ölkəyə ilk hücum etmək niyyətində deyil. Bizim müdafiə strategiyamız müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli maraqlarımızın müdafiəsindən ibarətdir. Əgər Tehran əmin olsa və ya İrana hücum hazırlandığı barədə məlumat əldə etsə, o, hədəflərə önləyici zərbələr endiriləcək”.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın