Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

ABŞ: “İran bölgədəki yaraqlılara silah qaçaqmalçılığını dayandırmır”

GADTB: Adı açıqlanmayan ABŞ rəsmisi “Əl-Ərəbiyyə” kanalına bildirib ki, İran regiondakı yaraqlılara silah qaçaqmalçılığını davam etdirir. Onun sözlərinə görə, Tehran bu məqsədlə quru marşrutları, dəniz limanları və sahil xətlərindən istifadə edir və bu, illərdir tətbiq olunan üsuldur.

Məlumata əsasən, son iki ildə İran və regional müttəfiqləri ciddi itkilər verib: Suriyada Bəşar Əsəd rejimi devrilib, Livanın Hizbullahı isə 2024-cü ildə İsraillə müharibə zamanı ağır zərbələr alıb; təşkilatın baş katibi Həsən Nəsrullah da daxil olmaqla, yüksək rütbəli hərbi və siyasi fiqurlar öldürülüb.

“Əl-Ərəbiyyə”nin kəşfiyyat məlumatları İranın bir neçə həftə öncə raket proqramını yenidən aktivləşdirməyə başladığını göstərir. ABŞ təhlükəsizlik və kəşfiyyat qurumlarını isə Tehranın həm özünü, həm də Yaxın Şərqdəki təmsilçilərini silahlandırmaqda israr etməsi ciddi narahat edir./ Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …