Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Təbrizdə İnqilab Məhkəməsi üç azərbaycanlı fəalı 12 il 9 ay həbs cəzasına məhkum etdi

GADTB: Azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hökmü ilə ümumilikdə 12 il 9 ay müddətinə təzyiri həbs cəzasına məhkum ediliblər.

18 azər 1404-cü il tarixli bildirişə əsasən, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hakimi Rza Əbdi hər üç fəalı “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşma və sövdələşmə” ittihamı ilə 3 il 7 ay, “rejim əleyhinə təbliğat” ittihamı ilə isə 8 ay təzyiri həbs cəzasına məhkum edib.

Beləliklə, adıçəkilən üç azərbaycanlı fəal ümumilikdə 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, bu fəallar 2 bəhmən 1403-cü il tarixində Təbrizdə iş yerlərində və evlərində Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən döyülərək saxlanılıblar. Beş günlük dindirmədən sonra Təbriz həbsxanasına köçürülən fəallar 10 Bəhmən tarixində yenidən Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıblar. Nəhayət, 18 Bəhmən 1404-cü il tarixində Təbriz həbsxanasına qaytarıldıqdan sonra hər biri 1 milyard tümən məbləğində girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıblar.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …