Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib

GADTB: İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.

İranın nüvə proqramı ətrafında böhranın həllinə dair keçirilən danışıqlarda nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri üzrə bəzi detalları dəqiqləşdirə biliblər.

Omanda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.

Qeyd edək ki, bu gün iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik görüşlər keçiriləcək.

Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib. Hər iki tərəf həmin görüşün yekununda müsbət açıqlamalar verib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …