Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İsveç molla rejimindən azərbaycanlı alimi azad etməsini istəyir

GADTB: İsveç molla rejimindən azərbaycanlı alimi azad etməsini istəyir. İsveç hökuməti rəsmi bəyanat yayaraq, 2016-cı ildən Tehranın Evin zindanında məhbus olan və edama məhkum edilən azərbaycanlı İsveç vətəndaşı Əhmədrza Cəlalinin dərhal azadlığa buraxılmasına çağırıb.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard açıqlamasında bildirib ki, Əhməd Rza Cəlalinin azad edilməsi dərhal və humanitar əsaslarla olmalıdır ki, o, ailəsinə qovuşsun. O, vurğulayıb ki, “Əhmədrza Cəlali və onun yaxınları bilməlidirlər ki, mənim və hökumətin onun azad edilməsi üçün göstərdiyi səylər bütün gücləri ilə davam edir”.

Qeyd olunub ki, azərbaycanlı alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etməklə hakimiyyətə qarşı üsyan (müharibə)” də ittiham edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …