Cümə , Oktyabr 9 2026
azfa

ABŞ İrana dəniz blokadasını artıq həyata keçirir

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampın göstərişi ilə Hörmüz boğazında dəniz blokadasının yenidən tətbiq edildiyini açıqlayıb.

CENTCOM-un yaydığı bəyanata görə, blokada saat 16:00-dan etibarən qüvvəyə minib. Komandanlıq Oman körfəzi və Hörmüz boğazı ətrafında fəaliyyət göstərən bütün gəmiləri ABŞ hərbi qüvvələrinin göstərişlərinə əməl etməyə və zərurət yaranacağı təqdirdə onlarla əlaqə saxlamağa çağırıb.

Bəyanatda bildirilib ki, ABŞ qüvvələri İran limanlarına və sahil ərazilərinə istiqamətlənən gəmilərə qarşı blokada tətbiq edəcək.

Tramp da daha əvvəl Hörmüz boğazında blokadanın bərpa ediləcəyini açıqlayaraq, ABŞ-nin bundan sonra “Hörmüz boğazının keşikçisi” kimi fəaliyyət göstərəcəyini bildirmişdi. ABŞ bundan öncə də aprelin 13-də Hörmüz boğazında blokada tətbiq etmiş, lakin iyunun 18-də imzalanan anlaşma memorandumundan sonra həmin tədbir dayandırılmışdı.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …