Cümə , Oktyabr 9 2026
azfa

Donald Tramp İrandakı elektrik stansiyaları və körpülərə hücumla bağlı ultimatum verib

GADTB: ABŞ Prezidenti Donald Tramp yeni açıqlamasında bildirib ki, əgər gələn həftəyədək İranla razılıq əldə olunmasa, bu ölkənin elektrik stansiyaları hədəfə alınacaq.

ABŞ prezidenti Foks Nyus telekanalının “Xüsusi Hesabat” proqramına müsahibəsində deyib ki, Tehran razılaşmanı qəbul etməyəcəyi təqdirdə, gələn həftə ABŞ-ın hücumları İranın elektrik stansiyaları və körpülərinə qədər genişləndiriləcək.

O bildirib: “Gələn həftə onların vəziyyəti həqiqətən çox ağır olacaq. Çünki növbə elektrik stansiyalarına, sonra isə körpülərə çatacaq.”

Donald Tramp əlavə edib: “Danışıqlar masasına qayıtmayacaqları təqdirdə, onların bütün elektrik stansiyalarını və körpülərini məhv edəcəyik.”

O, təfərrüatlara toxunmadan qeyd edib ki, hər iki ölkənin nümayəndələri çərşənbə axşamı da danışıqlar aparıblar.

ABŞ prezidenti Foks Nyus telekanalına müsahibəsində bildirib ki, İrana qarşı hazırkı hücumlar “mən dayandırılmasını əmr edənədək davam edəcək.”

Tramp etiraf edib ki, İranın hələ də “müəyyən qədər döyüşmək imkanı var”, lakin əlavə edib ki, “onların imkanlarından artıq çox az hissə qalıb.”

ABŞ prezidenti eyni zamanda bildirib ki, İranın elektrik stansiyalarına və enerji infrastrukturuna hücumları əməliyyatın son mərhələsi üçün nəzərdə tutub.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …