Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İrana səfər xəbərdarlığı; İsrailin İrana yeni hücumu gündəmdə

GADTB: İsrailin İrandakı hədəfləri yenidən bombalaması ehtimalının artması ilə İsveç, İspaniya, İsveçrə və Fransa kimi bəzi ölkələr İrandakı səfirliklərini bağlayıblar.

Eyni zamanda ABŞ Dövlət Departamenti İrana səfər etməmək barədə xəbərdarlıq edib.

Çərşənbə günü ABŞ Dövlət Departamentinin “X”-dəki rəsmi səhifəsi İslam Respublikası tərəfindən təyyarə reyslərinə qoyulan məhdudiyyətlərin ləğv edildiyini elan edərək bildirib ki, ABŞ vətəndaşları İranda təhlükəsizliklə bağlı ən son yenilikləri nəzərdən keçirməlidirlər.

 ABŞ Dövlət Departamenti vurğulayıb ki, ABŞ-nin Tehrandakı maraqlarının qoruyucusu kimi İsveçrə hökumət idarəsinin növbəti xəbərdarlığa qədər bağlanması səbəbindən o, hazırda İrandakı ABŞ vətəndaşlarına kömək edə bilmir.

Bununla yanaşı İran İsrailin yeni hücumu qorxusundan strateji təyyarələrini qorumaq məqsədilə Pakistana göndərib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …