Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ İranın Fars körfəzi su yolu idarəetmə qurumuna sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyi İran hakimiyyətinə bağlı “Fars körfəzi su yolu idarəetmə qurumu”na qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, bu qurumla əməkdaşlıq edən hər hansı şəxs və ya təşkilat SEPAH-a xidmət və ya dəstək göstərməkdə ittiham oluna və ABŞ sanksiyalarına məruz qala bilər.

ABŞ-ın maliyyə naziri Skot Bessent bildirib ki, İran ordusunun beynəlxalq dəniz ticarətinə qarşı son addımları Vaşinqtonun iqtisadi təzyiqlərinin Tehranı maliyyə resursları əldə etmək baxımından çıxılmaz vəziyyətə saldığını göstərir.

Onun sözlərinə görə, İranın dəniz ticarətindən “təzyiq və şantaj vasitəsi” kimi istifadə etməsi qəbuledilməzdir.

Bu sanksiyalar İran ilə ABŞ arasında gərginliyin yenidən artdığı bir vaxtda tətbiq olunur. Məlumata görə, ötən gecə tərəflər arasında qarşılıqlı atışma baş verib.

Bundan sonra ABŞ qüvvələrinin Bəndər-Abbasdakı hərbi obyektlərə zərbə endirdiyi bildirilir. Bir neçə saat sonra isə İranın Küveytə hücum etdiyi barədə məlumatlar yayılıb.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …