Cümə , İyun 26 2026
azfa

İran və ABŞ arasında gərginlik yenidən artdı

GADTB: İran və ABŞ arasında gərginlik yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər qarşılıqlı hərbi hücumlardan sonra bir-birini atəşkəsi pozmaqda ittiham edir. Bu vəziyyət yenidən neft bazarlarında və Fars körfəzi regionunun təhlükəsizliyində ciddi narahatlıq yaradıb.

İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın Bəndər-Abbas yaxınlığındakı hücumlarına cavab olaraq Amerika hərbi bazalarından biri hədəfə alınıb.

Eyni zamanda ABŞ rəsmiləri açıqlayıblar ki, Amerika ordusu İranın bir neçə hücum pilotsuz uçuş aparatını vurub və Bəndər-Abbasdakı pilotsuz aparat idarəetmə mərkəzlərindən birinə zərbə endirib.

Toqquşmalardan sonra neft qiymətlərinin yenidən yüksəldiyi və Hörmüz boğazının gələcəyi ilə bağlı narahatlıqların artdığı bildirilir.

Küveyt raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb. İsrail isə ölkənin şimalında hava təhlükəsi xəbərdarlığının elan edildiyini bildirib.

Donald Trump Hörmüz boğazının idarə olunması ilə bağlı Tehranla mümkün razılaşma barədə yayılan məlumatları təkzib edib və heç bir ölkənin bu beynəlxalq su yoluna nəzarət etməsinə icazə verilməyəcəyini vurğulayıb.

Tramp həmçinin xəbərdarlıq edib ki, əgər lazım olarsa, ABŞ boğaza nəzarəti ələ keçirməyə çalışan hər hansı tərəfə qarşı tədbir görəcək.

Bu arada İran hakimiyyəti sanksiyaların ləğvi, nüvə proqramının qorunması və Hörmüz boğazındakı rolunun saxlanılması məsələlərində israrlı möveyini davam etdirir. Bu mövzuların Tehran ilə Vaşinqton arasındakı danışıqların əsas mübahisə nöqtələri olaraq qaldığı bildirilir.

Həmçinin yoxlayın

Mədəni nəzir kimi Zəncanda uşaqlar arasında türk dilində kitablar paylanıb-Video

GADTB: Aşura günü Zəncan şəhərində fəaliyyət göstərən “Sevinc Book” (Sevinc Book) mədəniyyət qrupu mədəni nəzir …

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın …